• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada ana ölümünün ilkin səbəbi açıqlanıb - FOTO

Astarada ana ölümünün ilkin səbəbi açıqlanıb - FOTO
13.05.2014 10:10
Azərbaycanın Astara rayonunda iki gün öncə qeydə alınmış ana ölümü faktı ilə bağlı bəzi təfərrüatları üzə çıxıb.   Astara Mərkəzi Rayon Xəstəxanasının (MRX) baş həkimi Emin Hüseynin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Astara şəhər sakini Nərmin Nadir qızı Əsgərova mayın 6-da MRX-nin doğum şöbəsinə ağır vəziyyətdə qəbul olunub. İlkin müayinələrdən sonra xəstədə yüksək təzyiqlə yanaşı, boyunun 165 santimetr olmasına baxmayaraq 130 kiloqram çəkiyə malik olduğu müəyyənləşdirilib. Həyati göstəriş olduğundan xəstə mayın 11-də gecə saatlarında əməliyyata götürülüb. Əməliyyatdan sonra qadının boyu 53 sm, çəkisi 3 kiloqram olan qız uşağı dünyaya gəlib. Baş həkimin sözlərinə görə, dünyaya gələn körpədə də kifayət qədər ciddi patologiyalar aşkar olunub. Belə ki, anada olan xəstəliyin nəticəsində uşaqda hipoksiya, ağır asfeksiya diaqnozu müəyyənləşdirilib. Bununla belə, həkimlərin səyləri ilə körpəni xilas etmək mümkün olub.   Baş həkim ilkin ehtimallara görə, Nərmin Əsgərovanın ölümünə piy emboliyası xəstəliyinin səbəb olduğunu, amma bununla belə son rəyin Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən veriləcəyini bildirib. Dünən isə doğulan qız uşağı Astaradan Lənkərandakı Perinatal Mərkəzə gətirilib.Burada körpəyə müvafiq tibbi yardım göstərildikdən sonra onun həyatı üçün mövcud olan hər hansı təhlükə aradan götürülüb. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol