• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibənin əməliyyat planı necə adlanıb? - Nazir müavini açıqladı

Müharibənin əməliyyat planı necə adlanıb? - Nazir müavini açıqladı
02.11.2021 22:16
"Düşmənin eşolanlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün biz "Qarabağ mücrüsü” adı verdiyimiz bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırladıq”.

Anews.az  xəbər verir ki, bunu müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanan "Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə deyib.

Nazir müavini hərbi hava qüvvələrinin döyüş planları ilə bağlı sirləri də açıb:
"Birincisi, düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələrimizi havaya qaldırıb, kütləvi aviasiya zərbəsini imitasiya etdik.

Həmin imitasiya vasitələri ilə düşmənin zenit-raket komplekslərini məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər edirdik. Lakin çox keçmədən düşmən bizim etdiklərimizin yayındırıcı manevrlər olduğunu anlayacaqdı. Ona görə, ikinci, düşmənin fəndimizi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, içərisində pilot olmayan və "kukruznik” adı ilə bilinən AN-2 təyyarələrini düşmən zenit-raket komplekslərinin məhvetmə zonasına yönəltdik.
Düşmən bu təyyarələri məhv etdikdən sonra bunların yalançı hədəflər olduğunu başa düşəcək və adekvat tədbirlər görəcəkdi.
Üçüncü, ona görə AN-2 təyyarələrinə müxtəlif bombalar quraşdırıldı, əgər bu təyyarələr düşmən tərəfindən vurulmasaydı, kamikadze-dron kimi yerdəki hədəfləri məhv edəcəkdi.

Dördüncü, əlbəttə, bir müddət sonra düşmən bunu da anlayacaqdı. Bu hədəflərə qarşı TOR-M2 KM komplekslərindən yox, daha ucuz vasitələrdən atəş açacaqdı. Bizim məqsədimiz isə TOR-M2 KM komplekslərinin məhdud sayda olan müasir raketlərinin düşmən tərəfindən sərf edilməsi idi. Deyə bilərəm ki, buna nail olmuşuq
Obrazlı şəkildə desək, düşmən  "Qarabağ mücrüsü”nü açmağa çalışarkən hər dəfə qarşısına yeni bir tapmaca çıxırdı. Müharibənin sonuna qədər  "Qarabağ mücrüsü”nü açmağa müvəffəq olmadı”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol