• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxdı

“Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxdı
03.11.2021 12:13
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb.

Anews.az xəbər verir ki, kitab 44 günlük müharibənin memarları olan Azərbaycan Ordusuna və bu günlər ərzində ordunun yanında olan Azərbaycan xalqının əzminə və qələbəsinə həsr edilib.  

Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir. Şuşa sadəcə coğrafi baxımdan Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir şəhərdir. Məhz bu baxımdan Şuşa şəhərinin tarixini və toponimlərini, omonimlərini və  oykonimlərini öyrənmək Azərbaycan elmində mühüm işlərdən biri hesab edilir. 

Təqdim edilən kitabda Azərbaycanın ən qədim şəhəri olan Şuşanın tarixi və işğala qədər olan dövrü və 2020-ci ildə azad olunmması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı sənədlərlə, qaynaqlarda, arxiv sənədlərində, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb. 

Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada  tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsa da, keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür.
 
Təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapmışdır. 

Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol