• $
  • €
  • ₽
  • ₺
  • £

Amnistiya bu qurumlar tərəfindən hazırlanır - AÇIQLAMA

Amnistiya bu qurumlar tərəfindən hazırlanır - AÇIQLAMA
04.11.2021 08:50
Noyabrın 5-də müzakirəsi gözlənilən amnistiya aktı Azərbaycanda bu günə kimi təsdiqlənən 11 amnistiya aktı ilə müqayisədə daha çox adamı əhatə edəcək.Əvvəlki aktlar 117 min nəfərə tətbiq olunub və həmin çərçivədə  30 min məhkum azad olunub. Yeni amnistiya aktının isə ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bununla bağlı sənəd Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olub. 
 
Mədəniyyət komitəsi sədrinin müavini, Əfv komissiyasının üzvü, deputat Fazil Mustafa anews.az-a açıqlamasında bildirdi ki, amnistiyanın şamil olunacaq şəxsləri müəyyən etmək üçün maddələrə baxılacaq, həmin maddələr uyğun görünən şəxslərə də şamil ediləcək. Onun sözlərinə görə, əfvdən fərqli olaraq, amnistiyanın  tətbiq edilməsi daha sadə və asan prosesdir, "Zəfər" gününə kimi prezidentin təqdim etdiyi siyahıya uyğun olaraq 16 min nəfərə aid edilməsi planlaşdırılır:
 
"Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək cəzalardan  azad edir, yaxud yüngülləşdirir. Yəni xüsusi maddələr var ki, bunlara uyğun olaraq şəxslərə şamil olunur. Əfv zamanı isə hər fərdi barədə xüsusi analizlər aparmaq lazım olur ki, bu da xüsusi vaxt tələb edir. Buna görə də noyabrın 8-ə kimi amnistiya  nəzərdə tutulan şəxslərə şamil olunacaq",- deyə o, əlavə etdi.
 
Həmçinin, millət vəkili əlavə etdi ki, qarşı tərəfin şikayəti geri çəkmədiyi məhkumlara da amnistiya tətbiq oluna bilər. 
 

Millət vəkili , parlamentin hüquqi siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Kamal Cəfərov bildirdi ki, amnistiya aktı yalnız İkinci Qarabağ müharibəsində iştirak edən şəxsləri; itkin və şəhidlərin yaxınlarını əhatə etməyəcək:
 
"İctimaiyyətdə akt barədə məlumat yayılandan sonra bəzi yanlış anlamalar oldu. Lakin siyahıya baxsanız, görəcəksiniz ki, Birinci Qarabağ müharibəsində, Xocalıda, 20 Yanvarda, Aprel və Tovuz döyüşlərində zərər çəkmiş şəxslər, şəhid və itkin düşən şəxslərin yaxınlarına da aid ediləcək. Həmçinin, İkinci Qarabağ savaşında Bərdə və Gəncədə zərər görmüş şəxslər, eləcə də  ölən və itkin düşənlərin yaxınlarına da amnistiya şamil oluna bilər. Bu siyahı təsdiqləyir ki, sözügedən amnistiya əsl   əsl zəfər amnistiyasıdır. Geniş layihə olduğu üçün bir neçə ay vaxt ala bilər. Lakin Zəfər günündə müəyyən şəxslərin artıq amnistiyadan yararlandığını, həmçinin bir qrup məhkumun azadlığına buraxıldığını görə biləcəyik. Sizə onu da deyim ki, bu akt xüsusi diqqətlə hazırlanıb, üzərində ən azı 5-6 ay işlənilib. Amnistiya aktının bütün fəsilləri bir-birilə bağlıdır. Ümumiyyətlə, akt 4 fəsildən ibarətdir. Birinci fəsildə tətbiq olunan şəxslərin dairəsi qeyd olunub. İkinci fəsildə amnistiya tətbiqində məhdudiyyətlər, 3-cü fəsildə aktın hüquqi qüvvəyə minmə,  sonuncu fəsildə isə  aidiyyatı hüquq-mühafizə  qurumlarının amnistiya  aktının tənzimlənməsi istiqamətində  məsələləri aiddir", - deyə deputat məlumat verdi. 
 
Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, əfvin qəbulu prezidentin, amnistiyanın qəbulu isə Milli Məclisin səlahiyyətindədir.  Onun sözlərinə görə, sözügedən amnistiya aktı prezident administrasiyası tərəfindən Milli Məclisə göndərilsə də onu hazırlanmasında aidiyyatı qurumlar - ədliyyə, prokurorluq,  hüquq-mühafizə, məhkəmə orqanları iştirak edib:

"Akt hazırlanarkən şəxslər barədə bütün baza məlumatlar - cinayət məsuliyyətinə cəlb edilənlərin sayı, cinayət səbəbləri, məhkumluq müddəti toplanır və analiz edilir. Analiz edilən kəslərin cəzaları amnistiya aktında olan maddələr üzrə qruplaşdırılır. Həmin maddələr həm məhkumlar, həm də cinayət məsuliyyətinə  cəlb edilmiş şəxslərə aid olduğu üçün əhatə dairəsi geniş və qeyri-müəyyəndir. Təqdim olunan akt 5 noyabrda Milli Məclisin komitə üzvlərinin müzakirəsinə çıxarılacaq və qərar qəbul ediləcək. Qanun layihəsi dəyişikliklərin edilməsi mümkündür, amma həmin dəyişikliklər prezident ilə razılaşdırılmalıdır. Aktın tətbiqi çərçivəsində şəxslərin məlumatları analiz edəndə Azərbaycanın azadlığı uğrunda olan savaşlarda zərərçəkmişlər, şəhid və itkilərin ailə üzvləri, əlillər, 60 yaşından yuxarılar, himayəsində azyaşlı uşaqları olanlar, terror aktlarında zərərçəkmişlər və onların yaxınlarına öncəlik verilir. Biz aktı müzakirə edərkən şamil olunacaq şəxslərin neçəsi azad olunacaq, neçəsinin cəzası azaldılacaq bu bəlli olacaq. Xatırladım ki, sonuncu amnistiya 2016-cı ildə cümhuriyyət  günündə ( red. 28 may) Mehriban Əliyevanın təklifi ilə müzakirəyə çıxarılıb, qəbul edilib. Həmin akt 10min nəfərə şamil edildi ki, bu şəxslərin 1700-dən çoxu azadlığa buraxıldı",- deyə Ə. Nuriyev məlumat verdi.
 
16 min nəfərə şamil olunması barədə müzakirə ediləcək amnistisiya ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.
 
Layihədə qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol