• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal Bakı Forumu keçiriləcək

Qlobal Bakı Forumu keçiriləcək
03.11.2021 13:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində "COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək.

Anews.az-ın məlumatına görə, sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

Panellər formasında təşkil olunan tədbir çərçivəsində "COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, "Yeni dünya iqtisadiyyatı”, "Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları; "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, "Səhiyyə və insanların peyvənd edilməsi”; "Qida və qida təhlükəsizliyinin təşviqi”; "Gənclər danışır, biz dinləyirik”; "Şərq Tərəfdaşlığı və onun imkanları” mövzularında, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol