• $
  • €
  • ₽
  • ₺
  • £

Balakəndə kişi sevgilisiylə əlbir olub evdən oğurluq etdi

Balakəndə kişi sevgilisiylə əlbir olub evdən oğurluq etdi
03.11.2021 19:30
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Anews.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən evlərin birindən 1000 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub. Daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı cinayət əməlini törədən Şuşa rayon sakini Elman İbrahimov saxlanılıb.
 
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha 2 evdən də ümumilikdə 7 min manat dəyərində qızıl-zinət əşyaları, 5 min manat pul və 6400 ABŞ dolları oğurladığı müəyyən edilib. E.İbrahimovun oğurladığı qızıl-zinət əşyalarının bir qismi onun qeyri-rəsmi münasibətdə yaşadığı Leyla Qardaşovanın evindən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
 
Araşdırma zamanı məlum olub ki, törədilən ikinci cinayətdə E.İbrahimov və L.Qardaşova əvvəlcədən əlbir olublar. Belə ki, xəstəxanada çalışan Leyla orada işləyən həkimin növbədə olmasını Elmana xəbər etdikdən sonra sonuncu onun yaşadığı evə qanunsuz olaraq daxil olub, pul və qızılları götürərək oradan uzaqlaşıb. Oğurladığı qızıllların bir hissəsini Bakı şəhərində satan E.İbrahimov əldə etdiyi pulu qadınla öz arasında bölüb. L.Qardaşova isə E.İbrahimovun ona verdiyi pulla özünə qızıl-zinət əşyaları alıb.
 
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
































www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol