• $
  • €
  • ₽
  • ₺
  • £

Qazi: “Dedilər ki, avtomobil istəyirsənsə, əlil arabasını qaytarmalısan” – AÇIQLAMA

Qazi: “Dedilər ki, avtomobil istəyirsənsə, əlil arabasını qaytarmalısan” – AÇIQLAMA
03.11.2021 15:19
Tovuz rayon sakini Nəsirov Kənan Füzuli oğlu Tovuz döyüşləri zamanı sağlamlığına ziyan dəydiyini və ona birinci qrup əlillik dərəcəsinin verildiyini bildirir.

Əlil arabası ilə təmin olunduğunu deyən qazi Yeniavaz.com-a müraciəti zamanı, müalicəsi üçün avtomobilə ehtiyac duyduğunu dilə gətirib. O, avtomobil növbəsinə yazılmaq üçün müraciət etdikdə bəzi əngəllər ortaya çıxdığını ifadə edib. Qazi iddia edir ki, müvafiq qurumdan bildiriblər ki, ona avtomobil verilməsi üçün, əlil arabasından imtina etməlidir.

Yaşanan problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən bizə bildirdilər ki, məsələ qanunla tənzimlənir:

"Tovuz rayon sakini Nəsirov Kənan Füzuli oğluna 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz I dərəcə əlillik təyin edilib. Kənan Nəsirov 31.05.2021-ci ildə mühərrikli təkərli oturacaqla təmin edilib. Nəzərinizə çatdırırıq ki, Nazirlər Kabinetinin 501 nömrəli "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” qərarının 3.6. bəndinə əsasən, tibbi göstərişlərdə şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, şəxsin seçimi ilə onlardan yalnız biri ilə təmin edilir”.

Kənan Nəsirov ona əlil arabası təhkim olunarkən belə bir qanunun olmasından bəhs etmədiklərini bildirir. Yəni bu seçimi qeyri-ixtiyari etdiyini dilə gətirir. N.Kənan əlil arabasından imtina etmək istəmədiyini, hər iki texniki vasitəyə ehtiyac duyduğunu bildirir.

Bu, sözügedən qanunun qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün nə dərəcədə uyğun olması məsələsini də gündəmə gətirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol