• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Kərimli ilə Arif Hacılının müsahibəsini sildilər - RƏSMİ AÇIQLAMA

Əli Kərimli ilə Arif Hacılının müsahibəsini sildilər - RƏSMİ AÇIQLAMA
03.11.2021 16:22
Toplum TV-nin sosial şəbəkə səhifəsinə (Facebook) müdaxilə edərək adını dəyişdirib Toplan TV qoyulub. Eyni zamanda Toplum tv-də gedən Şəmşad Ağanın təqdimatında "Toplumda Debat " verilişinin yalnız AXCP və Müsavat rəhbərləri ilə olan canlı müzakirələrin videoları silinib və səhifə bəyənənlərin bir neçə min nəfərinin bəyənilməsi ləğv edilib.

Bu barədə saytın rəhbəri, media eksperti və hüquqşünas Ələsgər Məmmədli məlumat yayıb. 

Ekspertin məlumatına görə, bu gün səhər saat 8:54 də mobil telefon nömrəsi üzərindən facebook hesabıma müdaxilə olunaraq, şəxsi məlumatlarıma qanunsuz giriş həyata keçirilib:

"Mən şəhərdə ağır tıxacda olduğumdan mobil telefona və kompüterə çıxış imkanlarım məhdud olduğundan bu barədə yarım saat sonra xəbər tutmuşam. Müdaxilə mobil telefonun sim kartına göndərilən SMS-in qanunsuz istifadəsi ilə baş verib. Yəni, mövcud nömrəmə gələn SMS-lər paralel olaraq telekommunikasiya qanunvericiliyinə görə sistemə texniki nəzarət edənlər tərəfindən istifadə edilib. Baş verən hadisənin aydın səbəbi siyasi müdaxilədir. Toplumda aparılan ictimai-azad müzakirə mühitinə mütləq dözümsüzlük o həddə çatıb ki, cinayətdən belə çəkinilməyərək konkret Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271, 272 və 273-cü maddələrində qadağan olunan cinayət əməlinə yol verilib", - deyə məlumatda qeyd edilib.
Ələsgər Məmmədli əlavə edib ki, baş verən müdaxilə ifadə azadlığına, şəxsi həyatın gizliliyinə, fərdi məlumatların təhlükəsizliyinə kobud müdaxilədir və cinayət əməlidir. O, informasiya təhlükəsizliyi ilə bağlı məsul rəsmi qurumların bununla bağlı ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edib.


Ekspert Anews.az-a  açıqlamasında bildirib ki, hazırda TV-nin sosial şəbəkə hesabına idarəetməni bərpa ediblər. Videoların  bərpası mümkün olmadığı üçün onların yenidən yayımlanması təşkil ediləcək. Bu sahədə ardıcıl işlər görülür.  Silinən videolardan biri, Müsavat partiyasının başqanı Arif Hacılının qonaq olduğu video artıq səhifəyə yerləşdirilib. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirdi ki, məsələni araşdırmaq üçün vətəndaş bu barədə rəsmi qaydada şikayət ünvanlamalıdır. 










www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol