• $
  • €
  • ₽
  • ₺
  • £

“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - Yaqut Qarayeva

“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - Yaqut Qarayeva
03.11.2021 17:28
Koronavirus infeksiyasına qarşı peyvəndin "buster” dozası və revaksinasiyaya dair AZƏRTAC-ın suallarını TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva cavablandırıb.

Anews.az həmin müsahibəni təqdim edir:

- Birinci doza vaksin vurulduqdan neçə gün sonra ikinci doza vurulmalıdır?

- Azərbaycanda hazırda istifadə olunan peyvəndlərin 2-ci dozasının 1-ci dozadan sonra 28-ci gündə vurulması ciddi tövsiyə olunur. Hər hansı səbəbdən 28 gündən sonra 2-ci dozanı vurdurmayan vətəndaşlara şərait yaradılır ki, 56 gün ərzində (istehsalçı tövsiyəsinə əsasən) vaksinasiyanı tamamlaya bilsinlər. Birinci dozadan 56 gündən çox müddət keçdikdə vaksinin ikinci dozasının vurulması lazım olan effekti vermədiyi üçün yenidən 1-ci və 2-ci dozalar vurulmalıdır.

- "Buster” doza barədə məlumat vermənizi xahiş edirik. İkinci doza vaksin vurulduqdan neçə müddət sonra "buster” doza vurula bilər?

-"Buster” doza qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün "buster” dozanın vurulması tövsiyə olunur. "Buster” doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6–cı aydan başlayaraq vurulur.

Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən "buster” dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər.

- Bəs dördüncü doza nə vaxt vurulur?

- Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra "buster” dozaların vurulması tövsiyə olunur. 4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol