• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST daha bir peyvəndin istifadəsinə icazə verdi

ÜST daha bir peyvəndin istifadəsinə icazə verdi
03.11.2021 22:25
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın "Bharat Biotech" şirkətinin koronavirusa qarşı hazırladığı "Covaxin" peyvəndinə təcili istifadə üçün icazə verib.

"Qafqazinfo” xəbər verir ki, beynəlxalq qurumun tövsiyəsinə müvafiq olaraq peyvəndin beynəlxalq istifadəsi lisenziyalaşdırılıb.
Bununla da BMT təsisatlarının portfoliosuna koronavirusa qarşı sayca səkkizinci peyvənd əlavə edilib, onlara bu peyvəndin alışı və paylanmasına icazə verilib.

ÜST tərəfindən yayılan məlumatda qeyd olunur ki, keyfiyyət, təhlükəsizlik, təsir gücü, risk menecmenti planı və proqrammatik yararlılıq üzrə məlumatların tədqiqi əsasında peyvənd barədə qərar verilib. Qurumun Texniki Məşvərət Qrupu "Covaxin" peyvəndinin ÜST tərəfindən müəyyən edilmiş COVID-19-a qarşı qoruma standartlarına cavab verdiyi qənaətinə gəlib.

Eyni zamanda, Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) inaktiv SARS-CoV-2 virus hissəciklərindən istifadə olunmaqla hazırlanan peyvəndin aralıq müddəti dörd həftə olmaqla iki dozada tətbiqini tövsiyə edib.

Qeyd edilməlidir ki, ÜST indiyədək "Biontech/Pfizer”, "Moderna”, "AstraZeneca”, "Johnson&Johnson”, "Sinopharm” və "Sinovac” peyvəndlərinin təcili istifadəsinə icazə verib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol