Ermənilərin Cocuq Mərcanlıda dağıtdığı tikililər bərpa olunur

Erməni təxribatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dağılan evlərin tikinti və bərpası tamamlanıb.
Kəndin atəşə tutulması nəticəsində dağılan bir iaşə obyektində isə son tamamlama işləri davam edir.
Obyektin sahibi, Cocuq Mərcanlı kənd sakini Oktay Həziyev bildirib ki, Vətən müharibəsi zamanı ermənilərin Cocuq Mərcanlı kəndini atəşə tutmaları təsadüfü deyil: "Qarabağa böyük qayıdışın bu kəndlə bağlı olmasını ermənilər də yaxşı bilirlər. Ona görə də artıq döyüş meydanında uduzduğunu anlayan, lakin bu məğlubiyyəti həzm edə bilməyən erməni silahlı terrorçuları Cocuq Mərcanlını atəşə tutmaqla böyük qayıdışın başlanğıcına xələl gətirməyə çalışırdılar. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu erməniləri dəmir yumruqla məhv edərək ərazilərimizi işğaldan azad etdilər. Bu kənd onların gözü qarşısında xarabalıqdan, abadlığa çevrilib. Onlar buradakı inkişafı pillə-pillə öz gözləri ilə görüb. Onlar yaxşı bilirdi ki, Cocuq Mərcanlının inkişafı Qarabağda böyük qayıdışın təməlidir. Atılan mərmilər burada olan evlərə və obyektlərə zərər vurdu. Amma, onlar millətin əzmini sındıra bilmədi. İndi də şükür Dövlətimiz bütün zəruri tədbirləri həyata keçirir. Mənim obyektim də tam təmir olaraq başa çatdırılır."
Dövlət şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında Cəbrayıılın Cocuq Mərcanlı kəndində işlər tamamilə yekunlaşdırılıb.
Məlumat üçün bildirək ki, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Cocuq Mərcanlı kəndində ziyan dəymiş 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























