“Bəzi işlər layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərliyə sual verərək ondan binaların tikintisi zamanı parketlərin əvəzinə laminatdan istifadə edilməsi barədə soruşub.
V. Səfərli bildirib ki, onun bu məsələdən sonradan xəbəri olub: "Sənəddə əvvəl laminat yazılmışdı. Mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”.
Şahid Telman Tahirov bildirib ki, jurnalistlər üçün tikilən ikinci və üçüncü binanın layihələrini o hazırlayıb:
"İkinci bina üçün hazırladığım layihənin qarşılığında 1 milyon 108 min, üçüncü bina üçün 871 min manat ödənilib. Bizim hazırladığımız layihə Dövlət Ekspertiza Komissiyasının rəyinə əsasən qüvvəyə minib. Mənə heç kim pul verməyib. Vüqar Səfərlinin pul mənimsəməsi barədə məlumatım yoxdur”.
T.Tahirov təklif edib ki, yenidən ekspertiza təyin olunsun və rəqəmlərin həqiqiliyi araşdırılsın.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























