Koronavirusa görə bəşəriyyət neçə ilini itirdi?

Alimlər bəşəriyyətin koronavirus pandemiyası səbəbindən artıq neçə il itirdiyini müəyyən edə biliblər.
"Qafqazinfo” xəbər verir ki, bu mövzuda elmi məqalə BMG jurnalında dərc olunub. Əldə edilən məlumatlara görə, təkcə 2020-ci ildə pandemiyaya görə insanlar ümumilikdə təxminən 28 milyon il "yaşaya bilməyiblər”.
Statistik məlumatlar dünyanın 31 ölkəsində gözlənilən ömür uzunluğunun azalması və gözlənilən ölüm göstəricilərinin əlaqələndirilməsi yolu ilə əldə edilib.
Araşdırmada Böyük Britaniya, ABŞ, Rusiya və Almaniyadan olan alimlər iştirak ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























