Səttar Möhbalıyevin qardaşının bağ evində qətl törədilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşının evində qətl törədilib.
Anews.az xəbər verir ki, "Kriminalqafqaz”ın əldə etdiyi özəl məlumata görə, hadisə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik Faiq Möhbalıyevin Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib.
F.Möhbalıyev 2018-ci il mart ayında vəfat etdiyindən həmin ev hazırda onun oğlu Suliddin Möhbalıyevin adınadır. Suliddin Möhbalıyev babasının adını daşıyır.
Cinayətin üstü açıldıqdan sonra R.Əlixanov həbs edilib.
Qeyd edək ki, Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İsfəndiyar Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























