Azərbaycan hərbçisi bədbəxt hadisə nəticəsində həlak oldu

Bu gün saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
www.anews.az
Bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçunun təxliyyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























