• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir
04.11.2021 17:00
"Nar” Zəfər Gününə həsr olunmuş "Yaşa, Vətən!” kommunikasiyasına start verir. Belə ki, mobil operator Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun qazandığı şanlı qələbənin ildönümü münasibətilə TV kanallarda təbrik videoçarxı yayımlayacaq və bir neçə əhəmiyyətli sosial layihələr icra edəcək. İlk layihələrdən biri Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid ailələrindən olan tələbələrə dəstək olmaq məqsədilə təqaüd proqramının icrası olub. Layihənin məqsədi şəhid ailələrinin övladlarına təhsil həyatında dəstək olmaq, onların parlaq gələcəyinə töhfə verməkdir. Layihə çərçivəsində Naxçıvan Dövlət Universitetində təhsil alan 8 tələbə təhsil müddəti boyunca aylıq 200 AZN təqaüdlə təmin olunacaq.

"Nar” olaraq Vətən müharibəsinin ilk günlərindən ortaq amalımıza dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirmişik. Müharibədən sonrakı dövrdə də sosial layihələrimizi daha çox şəhid ailələrinə, qazilərə dəstək istiqamətində formalaşdırırıq. Bu gün də NDU ilə uzunmüddətli əməkdaşlığımız çərçivəsində tələbələri təhsil təqaüdü ilə təmin etməkdən böyük məmnuniyyət duyuruq”, - deyə "Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib.

 "Nar”ın sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.  
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol