Elçibəyin oğlu Zəfər günü münasibətiylə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Zəfər günü münasibətiylə Azərbaycan xalqını təbrik edib.
"Azərbaycan Ordusu cəmi 44 günə 30 ildir işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Ona görə də, Zəfər Günü xalqımız üçün çox böyük bayramdır. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qələbəni şəhidlərimiz öz qanları bahasına qazandılar. Biz torpaqlarımızın bütövlüyünü şəhid və qazilərimizə borcluyuq. Qoy bütün şəhidlərin ruhu şad olsun. Mən Azərbaycan vətəndaşı kimi Ali Baş Komandan İlham Əliyevə məktub yazaraq Zəfər Günü münasibətilə təbrik etmişəm”, - deyə Ərturqut Əliyev bildirib.
Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirakına gəlincə isə, Ərturqut Əliyev hər hansı tədbirə dəvət almadığını bildirib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























