DYP: “Avtoxuliqanlıq nəticəsində 7 maşın qəzaya düşüb”

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt ərazisində baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.
İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, hadisə gecə saatlarında metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.
"Hyundai”, "Toyota”, "Renault”, "Mercedes”, "Toyota Prado”, "Hyundai” və "KİA” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib: "Hadisə avtoxuliqanlıq zəminində qeydə alınıb. Qəza zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























