12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib - RƏSMİ

2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 1650 şəxs bu xidmətlərlə əhatə olunub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi müharibə iştirakçılarının bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir.
www.anews.az
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İkinci Qarabağ Mühribəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 158 qazi isə yüksək texnologiyalı 166 protezlə təmin olunub. O cümlədən, 908 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir.
KİV nümayəndələrinin İkinci Qarabağı savaşı qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanışlığı məqsədilə Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib. Jurnalistlər mərkəzdə yaradılan şəraitlə və İkinci Qarabağ müharibəsi iştirakçılarına göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























