Bakıda "Milliön”dən 12 min manat oğurlanıb

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan "Milliön” ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş həmin şirkətin əməkdaşı Vüsal Tağıyev, tanışları Fərhad Əliyev və İbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.
Hər 3 şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər.
Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























