Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı təsis edilir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) 15 illiyi (2005-2020) münasibətilə yubiley medalı təsis ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə medalı da təsis edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























