• $
  • €
  • ₽
  • ₺
  • £

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib
05.11.2021 17:30
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şanlı Qələbəyə həsr olunmuş "Zəfər arzuları” adlı sosial aksiya təşkil edib.

Dövlət Komitəsindən verilən məlumata görə, komitənin sədr müavini Fuad Hüseynov bildirib ki, təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ötən ilin payızında Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir yumruq” əks-həmlə döyüş əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaranıb. Sosial aksiyanın keçirilməsində məqsəd möhtəşəm Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiramımızı bildirməkdir.

Tədbirin digər iştirakçıları da Zəfər haqqında fikir və duyğularını ifadə ediblər.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar iştirak ediblər. Onlar yumruq formasında hazırlanmış stendin üzərinə yapışdırılan kiçik ölçülü standart kağız parçalarına Zəfər arzularını yazıblar. Sonda stendin üzərində Azərbaycan bayrağı fonunda "Dəmir yumruq” təsviri yaranıb.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol