2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında cari ilin 9 ayında görülən işlər, postmüharibə dövründə sosial dəstək tədbirləri müzakirə olunub.
Nazir bu tarixi Qələbənin xalqımızda sonsuz qürur hissi yaratdığını vurğulayıb.
Vətən müharibəsindən sonra cənab Prezidentin tapşırığı ilə böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 33 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunur.
Mühüm bir dəstək istiqaməti olaraq Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac qalmadan bu sənədlər aidiyyəti qurumlardan alınıb və e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub. Şəhid ailələrinin üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyini qiymətləndirilməsi işləri də davam edir. Onlardan artıq 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib.
Bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək bu rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri davam edəcək.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də artmaqda davam edir. Müsbət haldır ki, bu ilin 9 ayında Fondun sosial sığorta daxilolmalarında daha 8% və ya 208 milyon manat artım olub. Büdcə təşkilatları üzrə illik proqnoz da 105%, qeyri-büdcə sektoru üzrə illik proqnoz 113% icra edilib.
İclasda bir sıra peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi qərara alınıb.
Nazirliyin tabeliyindəki DOST Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyinin cari ilin 9 ayına dair fəaliyyətinə, habelə sosial müdafiə, pensiya və sosial təminat, təhlil, strateji planlaşdırma və digər aidyyəti sahələrdə aparılmış işlər barədə məruzələr edilib. Qeyd olunan istiqamətlərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























