• $
  • €
  • ₽
  • ₺
  • £

FHN Bakı metrosunda yanğın təlimi keçirib

FHN Bakı metrosunda yanğın təlimi keçirib
06.11.2021 23:00
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən, "Bakı Metropoliteni” QSC-nin ərazisində yerləşən dəmir-beton konstruksiyaları istehsalatı sahəsinə məxsus qazanxanada yanğın-taktiki təlim keçirib.

Nazirlikdən verilən məlumata görə, qazanxananın 46/20 nömrəli universal tipli buxar qazanında baş verən şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub.

Belə ki, şərti yanğın hadisəsi barədə FHN-in "112” qaynar telefon xəttinə "məlumat verilib” və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə qüvvələri "hadisə” baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüb.

Təlim başa çatdıqdan sonra təlim planına uyğun görülmüş tədbirlər müzakirə olunub, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropoliten işçilərinə baş verə biləcək bu kimi fövqəladə hallar zamanı zəruri davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol