• $
  • €
  • ₽
  • ₺
  • £

"Şəhadətini öncədən bilib, şəhid olan balam" - FOTOLAR

"Şəhadətini öncədən bilib, şəhid olan balam" - FOTOLAR
07.11.2021 17:33
Şəhid Məmmədov Araz Adil oğlunun şərəfinə Gəncədə bulaq açılışı olub. Açılış zamanı hərbi komissarlıqdan gələn zabitlər ''Cəsur döyüşçü'' medalını şəhidin atasına təqdim ediblər. 
 
Şəhidin anası Məmmədova Nigar Anews.az-a bildirib ki, oğlumun şəhid olduğunu, 10-cu sinifdə oxuyanda yuxuda görmüşdüm, özünə də demişdim.
 
"Uşaqlıqdan Araz vətənpərvər və idmanı sevən biri olub. İdmanda medal alan zaman sevinir, mən gələcəkdə çempion olacam, deyirdi. Dərslərində zəif olsa da, idmanda yüksək  nailiyyətlər əldə etmişdi. Ərköyün, dəcəl olsa da, hər kəsin sevimlisi idi. Məktəb yaşlarında kimin nə problemi olsa, hər kəs oğlumdan kömək istəyərdi. Hər zaman dürüst, düzgün, xeyirxah olmağa çalışan oğul idi. Ölsə belə o, düzgünlük üstə ölərdi. Heç vaxt kasıbı imkanlıya dəyişməzdi. Hər zaman kasıblara əl tutmağa, haqqın yolunda olmağa çalışırdı. Oğlum idman nailiyyətlərində seçildiyi üçün iki dəfə məzuniyyətinə icazə verilib. General  Polad Həşimov şəhid olandan sonra  oğullarımın hər ikisi könüllü cəbhəyə yazıldı. Evə gələndə dedim ki, oğul, heç olmaya biriniz könüllü yazılardız, məni düşünərdiz. Arazı əvvəl çağırmadılar, ürəyi dözmədi, iki dəfə komissarlığa yenidən müraciət etdi. Oğlum mebel ustası işləyirdi, Bakıdan gələndə xəbər çıxdı ki, hərbi komissarlıq çağırıb, yanındakı iş yoldaşı deyir ki, əllərini maşından çıxarıb, məndə gəlirəm, məndə gəlirəm, deyə qışqırırdı. Araz deyirdi ki, razı olmaram anamı, bacımı başqası qorusun. Qarabağ mənsiz alınsa, mən yaşaya bilmərərm'',  -deyə şəhid anası söylədi.
 
Şəhid oğlunu baş tacı, ömür boyunbağısı, fəxri adlandıran ana  onun vətənpərvər, qeyrətli olmağı ilə qürur duyduğunu deyir.
 
"Döyüş yolunda onun necə ürəkli olmağının xoş sədaları gəlirdi. Oğlumla fəxr edirəm. Azərbaycanın qeyrətli oğulları var, neçə ildi alnımıza sürülən qara ləkəni, onlar 44 gündə təmizlədilər.. Qazilərimizə, xüsusən də,  oğlumun qazi dostu Ceyhuna  minnətdarlığımı bildirirəm.  Balamı mənə gətirdi. Həmin vaxt mənim oğlumun nəşini erməni səngərindən gətirməsəydi, oğlumun cəsədi əsir düşə bilərdi. Qazilərimizə şəfa diləyirəm, Allah onları pənahında saxlasın. Oğlumun şəhadəti ilə fəxr edirəm. Onun şəhidlik zirvəsi qarşısında baş əyirəm. Qarabağ Azərbaycandır, yaşasın, Azərbaycan xalqı!"
 
Araz Məmmədov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Müşfiqabad qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində müddətli hərbi xidmətdə olub. Xidmət zamanı o, "Baş Kəşfiyyatçı snayper" vəzifəsində çalışıb. 
 
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlananda Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Araz Məmmədov öz istəyi ilə müharibəyə yollanıb. Vətən müharibəsi zamanı o, Tərtərin Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Əvvəlcə snayper, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin heyətində döyüşüb. Suqovuşan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin pulemyotçularının məhv edilməsində fərqlənib. Araz Məmmədov noyabrın 4-də Suqovuşan istiqamətində şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda"  "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.










 
Aytac Zeynalova





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol