• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
08.11.2021 09:34
8 noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Məhdudiyyət paytaxt ərazisində keçirilən tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.

Yürüş Azneft dairəsindən başlayaraq şəhərin mərkəzinə doğru "Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar "Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilib. Avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Zəfər günü münasibətilə aşağıda göstərilən marşrutların hərəkət istiqamətləri məhdudiyyətlərə uyğun olaraq təşkil ediləcək:

1 nömrəli marşrut: Son dayanacaq məntəqəsi "28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

2 nömrəli marşrut: Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti – Heydər Əliyev prospektindən geriyə dönməklə (Tunelin üstü) – Ağa Nemətulla küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

4 və 88 nömrəli marşrutlar : Son dayanacaq məntəqəsi "28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut : Son dayanacaq məntəqəsi "28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

6,10,18, 31,53 və 77 nömrəli marşrutlar: Şeyx Şamil küçəsi - Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
21,32,46 və 175 nömrəli marşrutlar: Son dayanacaq məntəqəsi Xətai m/st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti – Xəqani Rüstəmov küçəsi – 8 Noyabr prospekti (Geriyə dönmə) daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

30 və 49 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Xətai m/st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

37 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Nəriman Nərimanov pr. (N.Nərimanov heykəli) olmaqla təşkil ediləcək.

61 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Puşkin küçəsi olmaqla 28 May küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
65 nömrəli marşrut: Son dayanacaq məntəqəsi M.F.Axundov bağı olmaqla Lermontov küçəsi - Bünyad Sərdarov küçəsi – Nəriman Nərimanov prospekti – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

120 və 149 nömrəli marşrut: Yeni Salyan yolu – Su İdman Sarayı (dairə) - Bibiheybət yolu daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

125 və 127 nömrəli marşrutlar: 28 May m/st istiqamətində avtobusların hərəkəti Bakı Dairəvi Avtomobil yolu – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Azadlıq prospekti – 28 May m/st, əks istiqamətdə isə Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Nəriman Nərimanov prospekti - Mikayıl Müşfiq küçəsi - Bakı Dairəvi Avtomobil yolu daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

205 nömrəli marşrut, M3 və H1 nömrəli marşrut: Son dayanacaq məntəqəsi "28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol