• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib
08.11.2021 11:10
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC Şuşa şəhərinin müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, artıq sözügedən şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.

Hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.

İşğaldan azad edilmiş şəhərdə müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub. "Aztelekom”un müasir standartlarla inşa etdiyi 1000 nömrə tutumlu optik şəbəkə məlumatların yüksək sürətlə ötürülməsinə və sabit internetə zəmanət verir.

"Aztelekom” Şuşa şəhərində bərpa və yenidənqurma işləri çərçivəsində dayanıqlı və fasiləsiz telekommunikasiya xidmətlərinin təminatı üçün zəruri tədbirləri davam etdirəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqini mərhələli və planlı şəkildə həyata keçirəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol