• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda "Əsgər heykəli"nin açılışı olub

Sumqayıtda "Əsgər heykəli"nin açılışı olub
08.11.2021 11:39
Sumqayıt şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur.

Şəhərin Şəhidlər xiyabanında abidə kompleksinin və "Əsgər heykəli"nin açılışı olub.

Tədbirdə Sumqayıt, Qubadlı və Zəngilan rayon icra hakimiyyətlərinin rəsmiləri, deputatlar, şəhidlərin ailə üzvləri, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, sakinlər, ictimaiyyət nümayəndələri çıxış ediblər.

Mərasimdə şəhidlərin məzarı ziyarət edilib, üzərinə tər qərənfillər düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 510 şəhidin uyuduğu Şəhidlər xiyabanında yenidənqurma işləri aparılıb. Giriş hissədə postament üzərində Şəhidlar xiyabanı sözləri yazılıb. Hündürlüyü 30 metr olan dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ətrafı mərmərlə üzlənən fəvvarə kompleksi, 3 ədəd buta və ay ulduz formalı "Əbədi məşəl” kompleksi yaradılıb.

"Əsgər heykəli" Şəhidlər xiyabanının mərkəzi hissəsində qoyulub. Divarları mərmər və qranitlə üzlənib, döşəmələrə qranit vurulub. Ərazidə yaşıllıq örtüyü salınıb. İşıqlandırma sistemi daha da müasirləşdirilib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol