"Uber"in xalis zərəri III rübdə kəskin artıb

Bu ilin III rübündə taksi sifarişi və qida çatdırılması xidmətləri göstərən ABŞ-ın "Uber Technologies" şirkətinin xalis zərəri illik ifadədə 2,2 dəfə artaraq 2,42 mlrd. dollar və ya hər səhmə görə 1,28 dollar təşkil edib.
Bu barədə şirkətin açıqlamasında deyilir.
2 mlrd. dollarlıq zərər Çinin taksi operatoru "Didi Global Inc"ə yatırılan sərmayələrin itkiləri səbəbindən silinmələrlə bağlıdır. Bununla yanaşı, "Uber"in gəlirliliyinin əsas ölçüsü olan EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstəricilər nəzərə alınmadan düzəliş edilmiş mənfəət bir ilin eyni dövründəki 625 mln. dollar itki ilə müqayisədə 8 mln. dollar təşkil edib.
"Uber"in proqnozuna görə, cari rübdə düzəliş edilmiş EBITDA 25-75 mln. dollar olacaq, analitiklər bu rəqəmi 104 mln. dollar səviyyəsində olacağını gözləyirlər.
COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılması fonunda şirkətin gəlirləri artıb və gözləntiləri üstələyib. Belə ki, "Uber"in rüblük gəlirləri illik ifadədə 72,6% artaraq 4,85 mlrd. dollara bərabər olub. Şirkətin istifadəçilərinin sayı 40% artaraq 109 milyona, sifarişlərin ümumi həcmi isə 57% artaraq rekord həddə – 23,1 mlrd. dollara çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























