• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən Vətənin igid övladlarına hörmətlə!

Azercell-dən Vətənin igid övladlarına hörmətlə!
08.11.2021 13:45
Şanlı qələbəmizin ildönümündə lider operator qazilərimizə "Veteran tarifi”-ni təqdim edir

Xalqımızın qəhrəmanlıq salnaməsi -  Vətən müharibəsindəki böyük zəfərimiz Ali Baş Komandan və ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ uğrunda vuruşan, canından və sağlamlığından keçən əsgər və zabitlərin şücaəti hesabına gerçəkləşdi.  
Azercell bu Zəfər Gününü xalqımıza yaşadan şanlı Azərbaycan ordusuna sonsuz hörmətinin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımıza yeni "Veteran tarifi”-ni təqdim edir. Qələbə günümüz münasibətilə dəyərli veteranlarımıza, həm də, qələbə tariximizin gün və ayını simvolik şəkildə əks etdirən "8-11” seriyası ilə başlayan yeni nömrələr də hədiyyə ediləcək.

Sim-Sim abunəçiləri üçün nəzərdə tutulan "Veteran tarifi”-nə qoşulmaq istəyən abunəçi şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən təqdim edilən və veteran statusunu təsdiq edən rəsmi sənədlə Azercell Müştəri Xidmətlərinə, və ya Azercell Ekspres ofislərindən birinə yaxınlaşa bilər. Qeyd edək ki, yeni tarif daxilində bütün şəbəkədaxili zənglər - 0.03 AZN; Şəbəkəxarici zənglər - 0.04 AZN; hər 1MB mobil internet – 0.03 AZN; SMS - 0.03 AZN təşkil edəcək.
 
Nəzərə çatdıraq ki, yeni tarif Böyük Vətən Müharibəsi, Əfqanıstan Müharibəsi, Birinci Qarabağ Müharibəsi və İkinci Qarabağ müharibələrində iştirak edərək veteran statusu alan bütün vətəndaşlarımıza şamil edilir.  Tarif haqqında daha ətraflı məlumatı www.azercell.com saytı vasitəsilə əldə etmək olar.
 
Xatırladaq ki, 44 gün davam edən Vətən Müharibəsi ərzində şanlı ordumuzun ardınca irəliləyərək Qarabağda ilk mobil şəbəkəni qurmağa müvəffəq olan məhz Azercell-in texniki komandası oldu.
"Azercell Telekom” veteranlarımıza bu yeni tarif və nömrələrlə hər zaman yalnız qələbə müjdələrini və xoş xəbərləri paylaşmağı arzulayır, hamını 8 noyabr, Zəfər Günü münasibətilə təbrik edir!
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol