• $
  • €
  • ₽
  • ₺
  • £

Haaqada Zəfər Günü münasibətilə konsert təşkil edilib

Haaqada Zəfər Günü münasibətilə konsert təşkil edilib
08.11.2021 18:30
Niderlandın Haaqa şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş "Qələbə və Sülh” adlı təntənəli konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəstəyi və "Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyətinin təşkilatçılığı ilə "De Vaillant” teatrında baş tutan konsertdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində cəmiyyətin rəhbəri Firəngiz Bağırova çıxış edərək, xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik edib. Xalqımıza qələbə sevincini yaşatdıqlarına görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlıq bildirilib.

Sonra Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konsert proqramı ilə davam edan bədii hissədə Azərbaycanın Əməkdar artisti Xəyyam Məmmədov (kamança), xanəndə Nemət Əliyev, Almaniyada fəaliyyət göstərən "Qarabağ” ansamblı və ansamblın solisti Vüsalə Cabir, Niderlandda yaşayan bəstəkar-müğənni Elcan Rzayev və musiqiçi Firəngiz Bağırova çıxış ediblər. Konsert "Azərbaycan” mahnısının tədbir iştirakçıları ilə birgə ifa edilməsi ilə yekunlaşıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol