• $
  • €
  • ₽
  • ₺
  • £

Naftalanda Zəfər Günü qeyd olundu - Fotolar

Naftalanda Zəfər Günü qeyd olundu - Fotolar
08.11.2021 19:45
Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Naftalan şəhərində tədbir keçirilib.

Tədbirdə şəhər icra başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

İlk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb, ruhu böyük ehtiramla yad edilib. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət edilib, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Tədbir ulu öndər Heydər Əliyevin adına meydanda təşkil olunmuş "Vətənpərvərlik” adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilib. Tədbir açıq elan olunduqdan sonra Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə "Tarixi Zəfər” mövzusunda çıxış edən icra başçısı qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğunu vurğulayan icra başçısı tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırıb.

Digər çıxış edən natiqlər qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin, mübarizliyimizin nümayiş etdirildiyini vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq təltif olunmuş şəhidlərin (Aslanov Bəxtiyar İlqar oğlu - "Vətən uğrunda” medalı (ölümündən sonra), Adıgözəlov Fərid İlqar oğlunun - "Cəsur döyüşçü” medalı (ölümündən sonra), Cəfərov Elyəddin Zöhrab oğlu - "Cəsur döyüşçü” (ölümündən sonra)) medalları onların ailə üzvlərinə təqdim olunub.

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompazisiya dinlənilib.










www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol