• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisi səmasında Azərbaycan Bayrağı və Xarı bülbül - Fotolar

Tbilisi səmasında Azərbaycan Bayrağı və Xarı bülbül - Fotolar
08.11.2021 21:07
Bu gün Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunan daha bir fləşmob keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Tbilisinin mərkəzi Rike parkda "Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzimiz - Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.

Hava şarı Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Şəhər sakinləri və qonaqlar Azərbaycan Bayrağını və Xarı bülbülü maraqla izləyiblər.

Parkdakı "Sülh körpüsü”nün yanında Azərbaycan musiqisi səsləndirilib. Parka toplaşanlar Azərbaycan mahnılarına rəqs edib, birgə mahnılar ifa ediblər.

Bu gün, eyni zamanda, şəhərin "Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti qayığı Tbilisinin mərkəzində, Kür çayı boyunca hərəkət edib.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb.
Orijinal fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Qeyd edək ki, hər iki aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol