Yol İstismar İdarəsi işçilərinin davası ölümlə nəticələndi

Abşeronda Yol İstismar İdarəsi işçilərinin davası zamanı bir nəfər yük maşınının altında qalaraq ölüb.
Ötən gün Abşeron Rayon Polis İdarəsinə Güzdək qəsəbəsində yerləşən Yol İstismarı İdarəsinin həyətində Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevlə Xırdalan şəhər sakini İmamverdi Alyarovun münaqişəsi barədə məlumat daxil olub. Münaqişə zamanı Ş.Hacıyevin itələməsi nəticəsində İ.Alyarov Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi "KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























