ANS-dən iddialara cavab

"ANS Şirkətlər Qrupuna daxil olan 3 şirkətin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentini məhkəməyə verməsi haqda yayılan məlumatlar əsassızdır". Bunu ANS PRESS-ə açıqlamasında Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov deyib. "Qeyd edək ki, bu ilk belə hal deyil. Həmkarlarımıza məsləhət görərdik ki, bu cür xəbərləri verdikdə ANS rəhbərliyi ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirsinlər. İnanırıq ki, Qafqazinfo saytı gələcəkdə də şirkət haqda xəbər yaydıqda ANS-in şərəf və ləyaqətini nəzərə alacaq". Xatırladaq ki, bu gün ANS Şirkətlər Qrupuna daxil olan “ANS Press Nəşriyyatı Evi” MMC, “ANS Kommers” şirkəti və “Bakı Film” MMC-nin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentini məhkəməyə verməsi haqda məlumat yayılmışdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























