Azərbaycanda vəzifəli şəxs vəfat edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri vəfat edib.
Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli dünyasını dəyişib.
O.Məhərrəmli 1985-ci ilin dekabrın 6-da anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə "Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ "Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ "Azərikimya” İB kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ "Azərikimya” İB, Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifəsində işləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























