DTX-dəki cinayət işinə xitam verdirəcəyi vədi ilə 60 min pul aldı

Bakıda iki nəfərə qarşı dələduzluq edən keçmiş polis işçisi İbrahim Babaşovun cinayət işi üzrə məhkəmə prosesi tamamlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Şahin və Emin ölkə ərazisinə idman qidalarını qanunsuz olaraq gətirməkdə ittiham olunublar. İ.Babaşov pulu aldıqdan sonra hər iki şəxsi uzun müddət aldadıb. Onlara vəzifəli şəxslərlə daimi görüşlərdə olduğu üçün zənglərə tez-tez cavab verə bilmədiyini deyib.
O, pul aldığı şəxslərin ona yazdığı mesajlara "sizin işlə bağlı ağsaqqalın yanındayam” kimi cavablar yazıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























