• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən rüşvət açıqlaması

Nazirlikdən rüşvət açıqlaması
12.05.2014 13:42
Pasiyentlərin müayinə və müalicəsi zamanı tibb işçiləri tərəfindən neqativ hallara yol verildiyi istisna olunmur. ANS PRESS-in məlumatına görə, bunu Trend-ə səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlətə məxsus tibb müəssisələrində vətəndaşlardan qanunsuz olaraq "xidmət haqqı" alınmasına münasibət bildirərkən deyib.E.Ağayevin sözlərinə görə, tibb işçilərinin pasiyentlərdən pul tələb etmələri halları da baş verir və nazirlik belə hallara qarşı sərt tədbirlər görür: "Hər yerdə olduğu kimi, Azərbaycanda da həkimə bəxşiş vermək istəyirlər. Çox hallarda tibb işçiləri, həkimlərin özləri də bunu istəyirlər, bəzən isə hətta xəstələrdən qanunsuz olaraq pul tələb edirlər. Biz belə hallara qarşı amansızıq. Səhiyyə Nazirliyi olaraq biz belə şeyləri heç vaxt təqdir etmirik. Bununla əlaqədar mütəmadi olaraq addımlar atılır və onlar cəzalandırılır".Nazir müavini qeyd edib ki, səhiyyə ocaqlarında baş verən rüşvət və korrupsiya halları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlərin hər biri nazirliyin komissiyaları tərəfindən də araşdırılır: "Elə bir hal yoxdur ki, bizim tərəfimizdən araşdırılmasın. Ötən il yol verilən belə ciddi nöqsanlara görə 70-ə qədər tibb işçisi cəzalandırılıb və işdən azad edilib. Lakin tibb işçilərinin onlardan rüşvət almaları ilə bağlı Səhiyyə Nazirlyinin "Qaynar xətti"nə müraciət edən adamlar bəzən sonra pul vermə faktlarını danırlar. Deyirlər ki, hirslənmişdim. Yox, vətəndaş öz dediyinin üzərində durursa və fakt təsdiq olunursa, onda bununla bağlı materiallar prokurorluğa göndərilir".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol