Nazir şöbə müdirini Astaradan Lənkərana göndərdi-FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə yeni müdir təyin edilib.

www.anews.az
Nazir Sahil Babayevin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin müdiri Uğur Qurbanzadə vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Uğur Qurbanzadə Fondun Lənkəran şəhər şöbəsinin müdiri təyin edilib.
Uğur Əlövsət oğlu Qurbanzadə 1991-ci ildə Lənkəranın Nərimanabad qəsəbəsində anadan olub. Bir müddət Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. (Qaynarinfo)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























