• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə Azərbaycan dövləti uşaqlara vəsait ayıracaqmı?

2022-ci ildə Azərbaycan dövləti uşaqlara  vəsait ayıracaqmı?
10.11.2021 20:11
2022-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 13.850.700 manat proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 16.490.300 manat və ya 13,5 faiz çoxdur. Amma bu vəsaitin nə qədərinin uşaq problemlərinə yönəldiləcəyi büdcə layihəsində öz əksini tapmayıb. 

İqtisadçı Samir Əliyev öz facebook hesabında "Azərbaycan dövləti 2022-ci ildə ölkədəki uşaqlar üçün nə qədər vəsait ayırmağı düşünür?" sualını ünvanlayıb. O MDB ölkələrində yeni doğulan uşaqlara ayrılan müavinətlərlə Azərbaycanda doğulan uşaqlara ayrılan müavinətləri müqayisələndirib.

"Rusiyada 2022-ci ilin fevralından uşaq doğuşuna görə birdəfəlik müavinətin həcmi artırılaraq 19981 rubla (280 dollar) çatdırılacaq. Fevraldan 1-ci uşaq üçün müavinətin minimum həddi 7493 rubla (105 dollar), maksimum həddi 31282 rubla (439 dollar) qaldrılacaq. Müavinətlər uşaq 1-5 yaşa çatanadək ödəniləcək.

Ermənistanda 2022-ci ilin yanvarın 1-dən etibarən doğulan hər 3-cü və daha çox uşağa görə 50 min dram (təxminən 100 dollar) ödəniləcək. Bu ödəniş uşağın 6 yaşına qədər davam edəcək.

Ukraynada yeni layihəyə görə, 2022-ci ildən doğulan 1-ci uşağa görə ailələr 50 min qriven (1920 USD), 2-ci uşağa görə 100 min qriven (3840 USD), 3-cü və daha çox uşağa görə 150 min qriven (5770 USD) məbləğində ümumi vəsait alacaqlar. Bu vəsaitlərin bir hissəsini (15 min 1-ci, 30 min 2-ci, 45 min 3-cü uşağa görə) birdəfəlik şəkildə doğuşdan sonra, qalanlarını 36 ay ərzində hissə-hissə əldə edəcəklər.

Belarusda 2021-ci ilin noyabrın 1-dən, 1-ci uşağın doğuşuna görə, 2 880,10 rubl (1180 USD), 2-ci və növbəti uşaq üçün 4 032,14 rubl (1652 USD) məbləğində birdəfəlik müavinət müəyyənləşib. Bundan əlavə, 3 yaşa qədər qulluğa görə, 1-ci uşaq üçün 495,74 rubl (203 USD), 2-ci və hər növbəti uşaqlar üçün 566,66 rubl (232 USD) aylıq müavinət ödəniləcək. Əlil uşaq valideynləri isə uşağın 3 yaşına qədər 637,38 rubl (261 USD) məbləğində aylıq müavinət alacaqlar. Bəs Azərbaycan 2022-ci ildə uşaqlarımıza hansı hədiyyə ilə gələcək?", - deyə iqtisadçı bildirib.
 
Məsələ ilə bağlı maliyyə nazirliyindən anews.az-a bildirilib ki, 2022-ci ildə sosialyönlü xərclərə ayrılacaq büdcə ilə bağlı 2-3 gün ərzində Milli Məclisin uyğun komissiyasında müzakirə ediləcək. 
 
Bəs gələn ildən Azərbaycanda yeni doğulan uşaqlara müavinətlər verilməsi gözlənilirmi?

İqtisadçı Rəşad Həsənov Anews.az-a verdiyi müsahibəsində bildirib ki, uşaq puluna həm də insan kapitalının inkişafı tərəfindən baxmaq lazımdır. Onun sözlərinə görə, hazırda ölkədə çoxuşaqlı ailələrə ayrılan ünvanlı sosial yardım mexanizmi əlçatan deyil.

"Azərbaycanda ünvanlı sosial yardım mexanizminin tətbiqindən sonra, uşaq pulu mexanizmi məhv olub.  Ünvanlı sosial yardım proqramından istifadə imkanları daha da mürəkkəbləşib. Statistikaya baxsaq, istifadə edənlərin sayı da azalıb. Hökumət düşünür ki, Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır. Bu arqumentin özü yanlışdır. Hazırda ölkədə 1 və ya 2 uşaqlı  ailələrin sayının sturukturunda 80%  artım var. Çoxuşaqlı ailələrin sayı isə 10 min nəfər civarındadır. 90- cı illərdə Azərbaycanda hər 1000 qadına 22 doğuş halı baş verirdisə, bu gün göstərici 8,5 % -ə düşüb. Əgər bu templə davam etsə, ölkədə 2050 -ci ilə hər 1000 nəfərə 3 uşağın doğulması gözlənilir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına baxsaq, 2100- cu ildə Azərbaycanda ölüm yaşı azalacaq. Belə ki, 65 yaşlı əhalinin sayı 10-12 faizədək yüksəlməsi müşahidə olunacaq. Ona görə də uşaq pulu məsələsi mütləq gündəmə gətirilməlidir. Ən azından çoxuşaqlı statusunda müəyyən dəyişikliklər edilməlidir. Azərbaycanda  çoxuşaqlı ana statusu 5 uşaqlı ailələrdən 3 uşaqlı ailələrə endirilməlidir. Danışdığım bu məsələlər qonşu ölkələrdə tətbiq olunub. Bu günlərdə keçiriləcək müzakirələrin nəticə vermə ehtimalı isə çox aşağıdır ", - deyə Həsənov söyləyib. 

 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol