Bakıdakı güclü külək nə vaxta qədər davam edəcək?

"Bakıda əsən güclü şimal-qərb küləyinin bu gün gündüz saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir”.
Bunu Anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Ölkə ərazisində hava şəraiti noyabrın 12-dən etibarən sabitləşəcək: "Noyabrın 10-u gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Güclü şimal-qərb küləyi əsir. Bu gün noyabrın 11-i paytaxtda güclü şimal-qərb küləyinin gündüz saatlarından tədricən mülayimləşəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 9 dərəcəyədək isti olacaq. Bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq.
Noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib