Bu gün metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq

Gələn il keçiriləcək Futbol üzrə Dünya Çempionatı çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Lüksemburq oyununa görə, "Bakı Metropoliteni" QSC-nin "Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.
Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək. Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























