• $
  • €
  • ₽
  • ₺
  • £

Lerikdə icra nümayəndəsi və digərlərinə cinayət işi açılıb

Lerikdə icra nümayəndəsi və digərlərinə cinayət işi açılıb
11.11.2021 16:14
Lerik rayonunda icra nümayəndəsi və digərlərinə cinayət işi açılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.
 
Lerik rayon icra hakimiyyəti başçısının Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə "COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsi Eminəli Həşimovun Xanəgah kənd tibb məntəqəsinin tibb qardaşı Elşən Fərzili və Lerik rayon mərkəzi xəstəxanasının operatoru Ayət Səmədov ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı saxta tibbi sənədlər tərtib etmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol