• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlərə dəstək tədbiri keçirilib

Məcburi köçkünlərə dəstək tədbiri keçirilib
11.11.2021 16:18
Noyabrın 11-də Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koreya Respublikasının ölkəmizdəki səfirliyi "Qobu Park” yaşayış kompleksində yerləşən "Xarıbülbül” təlim və istehsal mərkəzində sosial dəstək tədbiri keçirib.
 
Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir və hazırda onların öz doğma yurdlarına qayıdışına hazırlıq tədbirləri həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi qayğı göstərir, onlarla görüşlər keçirir, arzu və istəklərini şəxsən dinləyir, mənzil-məişət, təhsil, sağlamlıq məsələlərini həll edir.
 
Azərbaycanda məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tədbirlərinin görülməsi ilə yanaşı, son illər bu sahəyə özəl sektor da töhfələr verib. Qonaqların diqqətinə çatdırılıb ki, tədbirin keçirildiyi "Qobu park” yaşayış kompleksi özəl sektor tərəfindən, dövlət vəsaiti istifadə olunmadan tikilib. Eyni zamanda bildirilib ki, "Xarı bülbül” kompleks ərazisində yaşayan məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi ilə yaradılıb. Burada məcburi köçkün şəhid və müharibə veteranlarının ailələri çalışır.  
 
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op məcburi köçkünlərlə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Qeyd edib ki, gələcəkdə səfirlik tərəfindən məcburi köçkünlərlə bağlı icra edilən tədbirlər genişləndiriləcək.
 
Qonaqlar "Koreya-Azərbaycan” dostluq münasibətlərini əks etdirən sərgidə əl işlərindən ibarət rəsmlərə baxıb. Müsabiqədə iştirak edən məktəblilərə hədiyyə və sertifikatlar təqdim edilib.
 
Daha sonra tədbir iştirakçıları mərkəzdə hazırlanan zərgərlik əşyaları və xalçalarla tanış olublar, burada çalışan məcburi köçkünlərlə söhbət ediblər. Səfirlik tərəfindən "Xarıbülbül”ə ip, əriş-arğac və bir sıra texniki avadanlıqlar hədiyyə edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol