• $
  • €
  • ₽
  • ₺
  • £

Rəhim Hüseynov vəfat edib

Rəhim Hüseynov vəfat edib
12.05.2014 11:54
Bu gün Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib.Bu barədə “APA-Economics”ə onun müavini Vüsal Ağayev məlumat verib. V. Ağayevin sözlərinə görə, R. Hüseynov bu gün səhər saat 6:30 radələrində vəfat edib: “Heç bir ciddi xəstəliyi və ya səhhətindən şikayəti yox idi. Dünən də bir yerdə idik. Səhər saat 6:30-da isə bu kədərli xəbəri aldıq”. Onun sözlərinə görə, R. Hüseynovun dəfn mərasimi bu gün keçiriləcək. “Harada dəfn olacağı hələlik bəlli deyil”, - deyə o bildirib. Qeyd edək ki, R. Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. 1978-1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “Mühəndis-iqtisad” fakültəsində təhsil alıb. 1991-92-ci illərdə İstanbul Dövlət Universitetində “İdarəetmə” fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib. AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb. “SİAR” şirkətində təsisçilərdən biri və baş menecer, “Marketinq mütəxəssisləri” İctimai Birliyində idarə heyətinin sədri, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub. 1997-1998-ci illərdə BMT Sənayenin İnkişafı Təşkilatında (UNİDO) Azərbaycan üzrə milli ekspert kimi fəaliyyət göstərib. 1997–2002-ci illərdə Avropa İctimai Rəy və Marketinq Araşdırmaları Cəmiyyətinin (ESOMAR) üzvü, 2000-2002-ci illərdə Böyük Britaniya Marketinq Akademiyasının və Amerika Marketinq Assosiasiyasının Himayəçilər Şurasının üzvü olub. 2003-2005-ci illərdə Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurasında təşkil olunan iclaslarda ölkəmizin rəsmi nümayəndə heyətinə rəhbərlik edib. 2005-ci ildən bu günə qədər Dünya İqtisadi Forumunun Azərbaycanda tədqiqatlar üzrə tərəfdaşı, 2006-cı ildən Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaş Qrupunun rəhbəri, Azərbaycan Kənd Təsərrüfatına Yardım Layihəsi üzrə Milli ekspertlər Komissiyasının üzvü olub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol