Vüqar Səfərlinin məhkəməsində mübahisə - “32 milyonu necə ödəmisən?”

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo” xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs Ədalət Vəliyev ifadə verib.
Bu fikirdən sonra digər təqsirləndirilən şəxs Namiq Hacıyev Ədalət Vəliyevə irad tutub:
Ə.Vəliyev isə deyib ki, istintaqa onun adından 1 milyon manat ödənilib və 35 milyon manat dəyərində yaşayış binası verilib.
Proses noyabrın 12-də davam etdiriləcək.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























