Azərbaycanda baş memara cinayət işi açıldı

Salyanın baş memarı, İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri barəsində cinayət işi başlanılıb.
Anews.az-ın APA-ya istinadla məlumatına görə, Hüseynov Teyyub Safalı oğlu bir sıra qanun pozuntularında ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























