• $
  • €
  • ₽
  • ₺
  • £

Qobustan Heyvandarlıq Nümayiş Kompleksi istifadəyə verilib.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksi istifadəyə verilib.
12.11.2021 09:00
8 hektara yaxın ərazidə inşa edilən Qobustan Heyvandarlıq Nümayiş Kompleksi ölkədə bu konsepsiyada ilk kompleks istifadəyə verilib. Kompleksdə fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz edilmiş fermalarda 100 baş iribuynuzlu və 400 baş kiçikbuynuzlu heyvanın saxlanması nəzərdə tutulur.


Kompleksin fəaliyyətinin məqsədi xarici cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək,  ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. 


Heyvandarlıq kompleksi sərgi salonundan, auksion mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funskional və yardımçı binalardan ibarətdir. Ferma üçün yardımçı tikililər zəruri texniki avadanlıqla təchiz olunub. Heyvanlara xüsusi baytar və zootexniklər vasitəsilə qulluq edilərək tibbi müyainədən keçiriləcək. Heyvanlar haqqında məlumat xüsusi çipləşdirilmiş birkalar vasitəsilə mərkəzi serverdə toplanır və mütəmadi izləniləcək.  


Ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında video çarx və satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə məlumat əldə edə biləcəklər. Həftə ərzində sərgi salonunda satışda olan damazlıq heyvanların virtual nümayişi mütəmadi olaraq həyata keçiriləcək, kompleksin daxilində heyvan satışını həyata keçirən lizniq şirkətləri, heyvanların sığrotalanması üçün sığorta şirkətləri fəaliyyət göstəriləcək


Müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilib


Kompleksin trend məntəqələrindən biri də auksion mərkəzidir. Burada satışa çıxarılan heyvanlar akusion səhnəsində nümayiş olunacaq. Heyvanlar haqqında canlı və interaktiv məlumat veriləcək. Mərkəzdə auksion formatına uyğun heyvan satışı həyata keçirilib, heyvanın satışı son qiymətə uyğun rəsmiləşdirilir və sığorta şirkəti tərəfindən sığortalanır. Satış auksionlarının həftədə 1 gün keçirilməsi nəzərdə tutulub. Auksiona yerli damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da çıxarılacaq. Gələcəkdə Avropada keçirilən damazlıq heyvan auksionlarının birbaşa interaktiv formatda təşkil olunması ilə bağlı işlər planlaşdırılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol