• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Dəmir Yolları"nın əməkdaşının məhkəməsi başlayır

“Azərbaycan Dəmir Yolları"nın əməkdaşının məhkəməsi başlayır
12.11.2021 15:25
"Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşının cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Füzuli Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu ilin iyul ayının 13-də "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli İmişli İşarəvermə və Rabitə sahəsində fəhlə işləyən Allahverdi İmanovun iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, qeyd olunan müəssisədə elektrik mexaniki işləyən Əhliman Səfərovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs kimi öz vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən fəhlə Allahverdi İmanov işıqforunun şüşəsini təmizlərkən 7 metr hündürlükdən yerə yıxılıb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

Əhliman Səfərov Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol