• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 6 kabel şəbəkə yayımçısının lisenziyası ləğv edildi - ADLAR

Azərbaycanda 6 kabel şəbəkə yayımçısının lisenziyası ləğv edildi - ADLAR
12.11.2021 15:33
Noyabrın 12-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.

Modern.az xəbər verir ki, "Antenn Müstəqil Teleradio Kompaniyası"nın müraciəti əsasında "Radio Antenn"in proqramlarının Bakı şəhəri və Abşeron yarımadasındakı yayım tezliyinin dəyişdirilməsi məsələsinə baxılıb. Şuranın texniki nəzarət şöbəsinin, Dövlət Radiotezliklər İdarəsinin və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") apardığı birgə monitorinqlərin nəticəsində "Radio Antenn"in Bakı şəhəri və Abşeronda yarımadası ərazisində yayım tezliyinin 22 noyabr 2021-ci il tarixdən etibarən 101.0 MHs-dən 101.1 MHs-ə dəyişdirilməsi məqsədəmüvafiq hesab olunub və bu barədə Şura üzvləri tərəfindən qərar qəbul olunub.

İclas zamanı "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") ölkə üzrə açıq televiziya paketinin (sosial paketin) Lənkəran Radio Televiziya Yayım Stansiyasından 53-cü TV yayım kanalında həyata keçirilən yayımın 37-ci TV yayım kanalına keçirilməsi ilə bağlı müraciətinə baxılıb və bununla bağlı qəraq qəbul olunub.

İclasda həmçinin, kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb. Şuranın müvafiq qərarları ilə "Azəri Global Servis" QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, "Sevenline" MMC-nə və "İTTNET" MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.

Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunub. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilib, "Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.

İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunub və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına ("Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC, "MNS Service" MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol